AZ

Eyfel varisləri Olimpiada halqalarına qarşı çıxdılar - SƏBƏB

Parisdə Eyfel qülləsinin yaradıcısı Qustav Eyfelin varisləri builki Paris Olimpiya Oyunlarının simvolu sayılan halqaların Eyfel qülləsində saxlanmasının əleyhinədirlər.
 

Sfera.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, Eyfel Varisləri Cəmiyyətinin prezidenti Savina Yatman-Eyfel mer Hidalqonun qərarını bəyənmədiklərini bildirib. Ouest-France ilə söhbətində Ann Hidalqo Beynəlxalq Olimpiya Komitəsindən Olimpiya Oyunlarının halqalarını Eyfel qülləsində əks etdirmək üçün razılıq aldığını açıqlayıb. Yatman-Eyfel həmçinin bildirib ki, qüllənin fasadından mühüm hadisələrin təbliği üçün istifadə olunur və qüllənin üzərində olimpiya halqaları qalarsa, Paris və Fransanın simvolu yalnız bir hadisə ilə əlaqələndirilməyə başlayacaq.
 

Xatırladaq ki, Paris Olimpiya Oyunlarının simvolu sayılan halqaların Eyfel qülləsində saxlanması qərarını Paris meri Ann Hidalqo verib.

İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
sfera.az

1Mənbələr