AZ

Sən demə, spirtli içkilər adamı öldürüb eləmirmiş..?

...Bizdə onu necə deyərdilər,..hə, sağ ol, Xasay müəl...yox, yox, bu dəfə David müəllim!

...Deməli, Kembric Universitetinin alimi və digər yüksək titulları olan professor David Şpiqelxalterspirtli içkilərlə erkən ölüm arasındakı əlaqənin şişirdildiyini söyləyib.

Yəni bundan sonra hər içib ölənə... “araq içdiyinə görə ölüb” demək düz olmayacaq..?

Deyim ki, hörmətli professor bu barədə BBC Dünya Xidmətinin “Qida zənciri” proqramı zamanı bildirib.

...Düzünü desəm, hətta kiçik miqdarda istehlakın zərərinin şişirdilməsi, xüsusən də təhlükəsiz doza yoxdurkimi ifadələr məni qıcıqlandırır.

Bunu, dediyim kimi, hörmətli professor bəyan edib.

...The Dinks Business-in yazdığına görə, David ŞpiqelxalterCovid məlumatlarını təhlil etdikdən sonra dünya şöhrəti qazanmış bir statistikdir. Yəni, nəşr demək istəyir ki, alim yalan danışmaz...

...Hə, bu dəfə alim bildirib ki, spirtli içkilərin sağlamlıq üçün ciddi riskləri olduğuna dair inandırıcı dəlil yoxdur. Onun fikrincə, gündə bir şüşə pivə və ya stəkan şərabın gözlənilən ömür üçün riskləri avtomobil sürmək və ya donuz yeməklə bağlı risklərdən çox deyil.

Şpiqelxalter əmindir: araşdırmalar göstərir ki, az miqdarda spirt içməyin sağlamlığa faydaları var. Həftədə iki içkidən çox olmayan spirt istehlakı ilə bağlı tövsiyələri müzakirə edərək, o, bunu “mövcud olmayan problemlə mübarizə” adlandırıb.

Şpiqelxalter, həmçinin alkoqol haqqında müzakirələrdə tez-tez diqqətdən kənarda qalan psixi sağlamlığın vacib bir komponentini vurğulayıb. Onun fikrincə, bu müzakirələrdə heç vaxt sosial aspekt qeyd olunmur.

...Və, amma…Ümumdünya Səhiyyə Təşkilatının rəsmi mövqeyi ondan ibarətdir ki, alkoqolun təhlükəsiz dozaları yoxdur. Eyni zamanda, qurum nümayəndələri tərkibində spirt olan istənilən içkinin içilməsinin təhlükəli olduğunu deyirlər.

...Yəni deyirsiniz bu boyda titullu hörmətli professor Ümumdünya Səhiyyə Təşkilatında oturan dollar qıranlardan az bilir?

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
sia.az

1Mənbələr