Almaniyanın BMW konserni rəngini dəyişən kuzovlu avtomobillərin buraxılması planlarından danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin mühəndisi Stella Klark Avstraliyanın Drive nəşrinə müsahibəsində bildirib.
Yeni texnologiya e-oxucu ekranlarında istifadə olunan E Ink-ə əsaslanır.
Avtomobil müəyyən bir əsas rəngə malikdir, bir düyməni basmaqla dəyişdirilə bilər - bu halda kuzovun elementlərinə kiçik bir gərginlik tətbiq olunacaq.
Stella Klarkın sözlərinə görə, texnologiyanın konsepsiyası 2020-ci ildə CES 2022 sərgisində hazırlanıb, BMW rəngini dəyişə bilən kuzovlu ilk avtomobili təqdim edib.
Mühəndisin proqnozuna görə, ilk belə istehsal avtomobilləri 2027-ci ildə peyda olacaq.
Klark qeyd edib ki, avtomobil sahibləri öz avtomobillərinin rəngini istədikləri kimi dəyişə bilərlər.
Mütəxəssis misal olaraq, isti gündə avtomobilin rənginin qaradan ağa dəyişdirilə biləcəyi vəziyyəti göstərib.
Eyni zamanda Stella Klark belə avtomobillərin yollarda görünməsi üçün yol hərəkəti qaydalarının dəyişdirilməsinin lazım olduğunu vurğulayıb.