ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə müzakirə edilən məsələlərdən biri də Çin elektromobillərinə ABŞ-də 100%-lik verginin tətbiqi olub. Tərəflər yüksək vergi tətbiqini yenidən dayandırmaqla bağlı razılığa gəliblər. Məsələnin detalları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, sözügedən qərar Çində istehsal olunmuş akkumulyator, günəş batareyaları və yarımkeçiricilərə də şamil edilir.