AZ

Kreml: "Putinin həbsinə dair qərar Rusiyanın digər ölkələrlə münasibətlərinə təsir göstərmir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə order verməsi Rusiya prezidentinin digər ölkələrlə əlaqələrini məhdudlaşdıra bilməz".
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bütün bu Beynəlxalq Cinayət Məhkəməsi ətrafındakı hekayə Rusiyanın ikitərəfli münasibətlərinin inkişafına və beynəlxalq əlaqələri qurmaqda maraqlı olan tərəfdaş dövlətlərlə əlaqələrinin inkişafında məhdudlaşdırıcı rola malik ola bilməz və olmayacaq", - Kreml nümayəndəsi qeyd edib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə V.Putinin həbsinə order verib.
Seçilən
296
50
oxu.az

10Mənbələr