AzTU rektoru Vilayət Vəliyev və beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov Pakistana səfər çərçivəsində Milli Elm və Texnologiya Universitetinin (NUST) Beynəlxalq Biznes Məktəbinin binasında yerləşən Heydər Əliyev adına auditoriyada olublar.Məktəbin müdiri Nauxez Sarvar auditoriyanın açılışı haqqında məlumat verərək Ulu Öndərin fəaliyyətinin Azərbaycanla yanaşı Pakistan üçün də dəyərli olduğunu qeyd edib. Bildirib ki, bu auditoriyanın açılışı Azərbaycan və Pakistan xalqlarının qardaşlığının rəmzi olmaqla bərabər ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin simvoludur.200 nəfərdən çox tutumu olan amfiteatr tipli, yüksək təqdimat və müzakirə imkanı olan bu təhsil mərkəzi müxtəlif səviyyəli elmi müzakirələr, konfranslar və tədqiqat disskusiyaları aparmaq üçün ideal məkan hesab olunur. Auditoriyanın mütəmadi olaraq elmi tədbirlərin keçirilmə mərkəzi olması ulu öndər Heydər Əliyevin elmə verdiyi töhfə və qoyduğu irsin ölkəmizin hüdudlarından kənarda, xüsusilə Pakistanda hər zaman yad edilməsinin və elm-təhsilə göstərdiyi xüsusi diqqətinin göstəricisidir.Ulu öndər Heydər Əliyevin adını daşıyan auditoriyanın hər zaman elmi müzakirələrin mərkəzində olması, Azərbaycan və Pakistan elmi məktəblərinə və elmi əməkdaşlığına verdiyi töhfəni diqqətdə saxlamaq üçün əhatəli iş planının hazırlanması razılaşdırılıb.