AZ

Rusiyanın xarici ticarətində Asiya ölkələrinin payı artıb

Son on ildə Rusiyanın xarici ticarət strukturunda Asiya-Sakit Okean regionu ölkələrinin payı iki dəfədən çox (29 faizdən 66 faizə) artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Gömrük Xidmətinin rəhbərinin müavini Vladimir İvin bildirib.

O, Çini Rusiyanın əsas ticarət və iqtisadi tərəfdaşı adlandırıb. Bu müddət ərzində Rusiyanın xarici ticarət strukturunda bu ölkənin payı 11 faizdən 34 faizə yüksəlib.

Öz növbəsində, Avropa İttifaqı (Aİ) ölkələrinin payı son on ildə əks tendensiya nümayiş etdirərək 47 faizdən 11 faizə düşüb. Beləliklə, bu müddət ərzində Aİ anti-Rusiya sanksiyaları rejiminin sərtləşdirilməsi fonunda Rusiya Federasiyasının əsas ticari-iqtisadi tərəfdaşı statusunu itirib.

 

Gözəl Həşimova

 

Seçilən
61
iqtisadiyyat.az

1Mənbələr