AZ

Qazaxıstanın avtomobil bazarındakı SON VƏZİYYƏT

2024-cü ilin 7 ayı ərzində Qazaxıstanda "Chevrolet" brendi ilə 10 350 avtomobil satılıb.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,5 dəfə azdır.

 

Maraqlıdır ki, "Chevrolet Onix" ən populyar avtomobillərdən birinə çevrilib. Bu ilin iyul ayında Qazaxıstanda "Chevrolet" brendi ilə 2376 avtomobil satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,7 faiz azdır.

 

2024-cü ilin yanvar-iyul ayları üçün ümumi göstərici 10 350 ədəd təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin 7 ayında 25 432 ədəd "Chevrolet" avtomobili satılıb.

 

Qazaxıstan avtomobil bazarında Çin brendlərinin payı artır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
modern.az

2Mənbələr