Son yeniləmə: 4 Sentyabr 2024 09:39 BAYRAQDAR MEDİA – Damla Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi tərəfindən “Tənha qadınların sosial fəallığının artırılması” layihəsi həyata keçirilib.Bu barədə İctimai Birlikdən məlumat verilib.Bildirilib ki, “Layihənin çərçivəsində təlimlər iyul ayı ərzində ölkə üzrə 3 fərqli regionda, ümumilikdə 40-dan çox tənha qadınlarla birgə həyata keçirilib. Təlimlərdə Lənkəran, Qəbələ və Zaqatala rayonunda məskunlaşmış qadın benefisiarlar iştirak edib”.Məlumata görə, hər rayond atəlim iki gün keçirilib: “Təlimlərin birinci günü iştirakçı qadınların təlimlərə adaptasiyası, onların şəbəkələşməsini təmin etmək, həmçinin öz problemləri, qarşılaşdıqları çətinliklər haqqında danışmaq və emosional narahatlıqlarını aradan qaldırmaq üçün məsləhətlər verilib. Bu məqsədlə psixoloqla kollektiv görüşlər olub. Həmçinin iştirakçıların ünsiyyət bacarıqlarının inkişafı, sosial fəallıqlarının artırılması istiqamətində də addımlar atılıb, maarifləndirici video çarxlar izlənilib”.Məlumatda deyilir ki, ikinci günü iştirakçılar potensialların üzə çıxarılması, qadınların liderlik bacarıqlarının artırılması, idarəetmə və s. kimi mövzular üzrə təlimlərdə iştirak ediblər: “Bununla yanaşı qadınların sosial rifahının yaxşılaşdırılması üçün potensial sahibkarlıq ideyaları dinlənilib, onlara məsləhətlər verilib”.Qeyd edilib ki, layihənin əsas məqsədi regionlarda yaşayan tənha qadınların cəmiyyətə sosial inteqrasiyasına dəstək olmaq, onların savadlılıq səviyyəsini artırmaq, sahibkarlıq imkanları haqqında məlumatlandırmaqla onların rifahını və sosial-iqtisadi imkanlar barədə məlumatlılıq səviyyəsini artırmaqdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta