AZ

Rusiyalı səfir Zəngəzur dəhlizi ilə bağlı İran XİN-ə çağırıldı

İran Xarici İşlər Nazirliyi Cənubi Qafqazda mümkün geosiyasi dəyişikliklərlə bağlı narahatlığını

bildirib. Sentyabrın 2-də İran Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəhbəri Müctəba

Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov ilə görüş keçirib və görüşdə regionda

beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi məsələsi müzakirə

olunub.

“İRNA”-nın məlumatına görə, görüş İran tərəfinin təşəbbüsü ilə Moskvanın bu yaxınlarda

Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan dəhliz layihəsini

dəstəkləməsi ilə bağlı olub. Dəmirçilu bölgədəki bütün ölkələrin “maraqları və qanuni

narahatlıqlarının” nəzərə alınmasının vacibliyini vurğulayıb.

Hər iki ölkənin diplomatları səmərəli regional əməkdaşlıq üçün ölkələrin milli suverenliyinə,

ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmət edilməsinin vacibliyini bildiriblər. Görüşdə

həmçinin “3+3” regional məsləhət platformasının qarşıdan gələn iclası müzakirə olunub.

Bu arada, sentyabrın 2-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-də çıxışı zamanı

Zəngəzur dəhlizinə münasibətini bildirib.

Onun sözlərinə görə, qarşıya qoyulan vəzifələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan

arasında nəqliyyat əlaqələrinin bərpasıdır. “2020-ci il noyabrın 9-da prezidentlər Putin, Əliyev və

baş nazir Paşinyan tərəfindən imzalanan sənəddə deyilir ki, həm dəmir yolu, həm də avtomobil

yolu ilə hərəkət bərpa olunacaq. Və o, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd

qoşunlarının təmin etdiyi təhlükəsizliklə bərpa olunacaq”, - deyə Lavrov bildirib.

Almaz Həsənli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
oxumeni.az

1Mənbələr