AZ

Buzlaqlar ərisə, Yer necə görünəcək? – Bu şəhərlər yox olacaq

Qlobal istiləşmə bütün dünyada buzlaqların sürətlə əriməsinə səbəb olur.

Medianews.az  xəbər verir ki, “Business Insider” planetdə bütün buzlaqlar ərisəydi, Yerin necə görünəcəyi barədə məlumat paylaşıb.

“National Geographic” əvvəllər okeanlarımızdakı bütün buzların əridiyi təqdirdə qlobal dəniz səviyyəsinin 216 fut (65 metrdən çox) yüksələcəyini təxmin edirdi. Məhz bu məlumatlar əsasında planetin gələcək görünüşünün vizuallaşdırılması hazırlanıb.

Nəzərə alsaq ki, Yer kürəsindəki iki ən böyük buz təbəqəsi – Antarktida və Qrenlandiyanın birlikdə yüzlərlə kvadrat kilometr ərazini əhatə edir, biz nəhəng miqdarda buzdan danışırıq. Ona görə də Yer kürəsinin bütün quru buzları ərisəydi, bu, fəlakətdən başqa bir şey olmazdı.

Brüssel və Venesiya kimi bir çox Avropa şəhərləri praktiki olaraq su altında qalacaq. Oxşar vəziyyət Afrika və Yaxın Şərqdə də yaşanacaq. Dakar, Akra, Ciddə kimi şəhərlər yox olacaq.

Asiyada, Mumbay, Pekin və Tokio kimi şəhərlərdə milyonlarla insan ölkə daxilində köçmək məcburiyyətində qalacaq. Cənubi Amerika Rio-de-Janeyro və Buenos-Ayres kimi şəhərlərlə vidalaşacaq.

ABŞ-də Hyuston, San-Fransisko və Nyu-York kimi şəhərlər yavaş-yavaş dənizdə yox olacaq.

Videoda bütün buzlaqlar ərisə, dünyanın necə görünəcəyini görə bilərsiniz:

 

Ayşən

Seçilən
113
14
medianews.az

10Mənbələr