"Prens" serialı ilə populyarlaşan Giray Altınok ata olacaq.
News365.az olay-a istinadən bildirir ki, onun xanımı Cansu Altınok hamilədir. Bu barədə sənətçi özü jurnalistlərə açıqlama verib. O bildirib ki, bir neçə ay sonra oğlu dünyaya gələcək.
Hətta cütlük övladına Emir adını qoyacaq.
Qeyd edək ki, Girayın xanımı sözügedən ekran işində Fransa kraliçasını oynayıb.