AZ

Ulu Öndərin açdığı cığırla irəliləyən Azərbaycan... -ÖZƏL

"1991-ci il həm dünyada, həm də ölkəmizdə çox mürəkkəb hadisələr yaşandığı bir dönəm idi. Sovet İttifaqının çöküşü dövründə Azərbaycana qarşı erməni işğalçılarının ərazi iddiaları vardı, Moskva Azərbaycana qarşı ögey münasibət bəsləyirdi, Mixail Qorbaçov birbaşa olaraq işğalçıları dəstəkləyirdi, eyni şəkildə erməni lobbisi dünyada Azərbaycana qarşı bir kampaniya başlatmışdı". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Daxildə isə iqtisadi münasibətlər getdikcə pisləşirdi, qaçqınlar getdikcə artırdı, Ermənistandan qovulan həmvətənlərimiz mənzil məsələlərini, digər yaşayış məsələlərini həll edə bilmirdilər, ölkədə müxalif qüvvələr faktiki olaraq ölkəni anarxik bir yönə çəkirdi. Hakimiyyətdə olan Ayaz Mütəllibov bu məsələlərin öhdəsindən gələ biləcək siyasi iradəyə və təcrübəyə malik deyildi. Belə olan təqdirdə, Azərbaycan xalqının siyasi arenadakı ən böyük ismi, Azərbaycanın ən yüksək vəzifəyə çatmış, siyasi savadı və təcrübəsi ən yüksək olan şəxs mərhum Heydər Əliyev Azərbaycana qayıtdı. Belə dar gündə ölkəsini, xalqını tək buraxmadı. Əvvəlcə doğma vətəni Naxçıvana gəldi, orada siyasi fəaliyyətini genişləndirdi və Naxçıvan xalqının tələbi ilə Naxçıvan Ali Məclisinin sədri seçildi. Beləcə Azərbaycanı gələcəkdə 1993-cü il iyun ayında məhvə sürükləyəcək qiyamı yatıracaq yolda o, ilk addımı atmış oldu. Əgər 1991-ci ilin sentyabrında Ulu Öndər siyasətə qayıtmasaydı, 1993-cü ildə Azərbaycan iyun hadisələrondən bütöv şəkildə çıxa, Qarabağ işğalı dayandırıla bilməzdi. Köçkünlərimiz çox çarəsiz vəziyyətdə qalardı, "Əsrin müqaviləsi" imzalana bilməzdi, ölkəmizdə nizam-intizam qurulmazdı və iqtisadi sabitlik olmazdı. Mərhum Ulu Öndər Azərbaycan xalqına iqtisadi, siyasi stabillik və güclü bir siyasi kurs miras qoydu. Bu gün Ulu Öndərin açdığı cığırla irəliləyən Azərbaycan həqiqətən də bölgənin sürətlə inkişaf edən ölkələrindən biridir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
olaylar.az

1Mənbələr