AZ

Paşinyanın absurd iddiası: ya bilmir, ya da blef edir - ZİBİLƏ DÜŞMÜŞÜK...

Qərbin Ermənistana verdiyi mənəvi və hərbi dəstək bu ölkənin Baş naziri Nikol Paşinyanı cəsarətləndirib. O, Bakı ilə sülh müqaviləsinin imzalanması prosesini ləngitməklə yanaşı, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olduğunu deyib: “Lakin İrəvan Azərbaycan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır, çünki saziş layihəsində artıq bənd var ki, tərəflər sazişi yerinə yetirməmək üçün öz daxili qanunlarına istinad edə bilməzlər”.Bu açıqlaması ilə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə parlamentinin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi bəyanata cavab verib. Əliyev görüşdə vurğulamışdı ki, regionda davamlı sülh üçün onun dəfələrlə qeyd etdiyi kimi, Azərbaycana qarşı ərazi iddiaları Ermənistan Konstitusiyasından çıxarılmalı və ona dəyişikliklər edilməlidir.Ermənistanın hökumət rəhbəri ittihamlarını dəqiqləşdirməyib. Lakin çox güman ki, söhbət 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktından gedir.Bu mövzunun əsas mesajı ondan ibarət idi ki, Azərbaycan dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etməklə, guya sovet ərazi irsindən imtina edib. Axı, erməni təbliğatının cəfəngiyyatına görə, Qarabağ və Naxçıvan Azərbaycan SSR-ə “verilmişdi”. Və Azərbaycanın sovet ərazi irsindən imtina etməsi o deməkdir ki, Qarabağ və Naxçıvan artıq Ermənistan əraziləri sayıla bilər.Erməni təbliğatının bu postulatı absurddur, çünki Azərbaycan bu aktı qəbul etməklə öz ərazisinin bir hissəsindən qətiyyən imtina etməyib. Bundan əlavə, Azərbaycan SSR yaranana qədər dövlətimizə təkcə Naxçıvan və Qarabağ deyil, Zəngəzur da daxil idi. 1918-1920-ci illərdə Azərbaycanın siyasi xəritəsi indikindən xeyli böyük idi.1920-ci ilin əvvəlinə Azərbaycanın ərazisi 113 895,97 min kvadratkilometr idisə, sovetləşmədən sonra ölkə 29338,2 kvadrat kilometr ərazi itirdi. Bunlardan 12 779, 6 kv. km. Ermənistana verildi. 1918-ci ildə Ermənistan yarananda onun ərazisi 9,2 min kvadratkilometr idi. 1920-1922-ci illər ərzində Ermənistan 28,1 min kvadratkilometrə qədər genişləndi. 1926-cı ildə Ermənistanın ərazisi artıq 30,24 min kvadratkilometr idi. Yəni Sovet hakimiyyəti illərində Azərbaycan 12 min kvadratkilometr ərazisini itirib və bu ərazi Ermənistana verilib.Azərbaycan Respublikasının 1918-1920-ci illərdəki müstəqil sələfi ilə davamlılığından danışan Konstitusiya Aktının müəllifləri sənədin preambulasında aydın şəkildə qeyd ediblər ki, söhbət “Azərbaycan Xalq Cümhuriyyətinin demokratik prinsiplərinin və ənənələrinin davamlılığından gedir”. Sənəddə Cümhuriyyətin sərhədləri və ərazisi barədə ümumiyyətlə heç nə qeyd edilmir.Paşinyan Azərbaycanı ittiham etməzdən əvvəl Ermənistan Ali Sovetinin 1992-ci il 8 iyul tarixli qərarlarına diqqət yetirməlidir. Ermənistan parlamentinin bu sənədi “Dağlıq Qarabağ Respublikasında yaradılmış vəziyyət haqqında” adlanır. Onun bəndlərindən biri Ermənistana Qarabağın Azərbaycanın tərkibində göstərilməklə, beynəlxalq və ya daxili müqavilələr bağlamağı qadağan edir.Digər diqqətçəkən məqam isə odur ki, Ermənistan tərəfinin istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsi Qarabağın Azərbaycanın tərkibində qalmaması şərti ilə Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib. Odur ki, Paşinyanın Ermənistanın Alma-Ata Bəyannaməsini imzalamaqla Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin də onun ərazi bütövlüyü çərçivəsində tanıması barədə dedikləri yalandır.Ən əsası isə Ermənistan Konstitusiyasında 23 avqust 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinə istinad edilir ki, burada Qarabağın Ermənistana “birləşdirilməsi” göstərilir. Bu səbəblərə görə Paşinyan güzgü qarşısında üz-gözünü büzməməli, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün konkret addımlara keçməlidir. Bu da öz növbəsində Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılmasından keçir...AYNA.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
dia-az.info

1Mənbələr