Xəzərnews.az bildirir ki, bu barədə Holdinqin açıqlamasında deyilir.
Təqaüd proqramı Türkiyədə oxuyan tələbələrə təhsillərini davam etdirmələri üçün maddi dəstək göstərmək məqsədi daşıyır.
Təqaüd üçün tələbələr aşağıda qeyd olunan meyarlar əsasında seçiləcək:
– Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr;
– Şəhid ailəsi üzvü olan tələbələr;
– Birinci və İkinci Qarabağ müharibələri veteranlarının ailə üzvü olan tələbələr;
– Maddi vəziyyəti çətin olan tələbələr.
Yeni təqaüd proqramı üzrə sənədlərin qəbulu 03.09.2024-cü il tarixindən 30.09.2024-cü il tarixə qədər həyata keçirilir. Proqrama qatılmaq istəyən tələbələr qeyd edilən müddətdə zəruri sənədləri toplayıb vəqfin https://mgyardimlasmavakfi.org/ saytı üzərindən müraciət edə bilər. İnternet səhifəsinə daxil olub sağdakı “Burs Başvuru” formasındakı bütün xanalar doldurulmalıdır. Müraciətlər dəyərləndiriləcək və məlumat veriləcək.
Göstərilən son müddətdən sonra daxil olan müraciətlərə baxılmır./ Gununsesi.info
.