Hər bir nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmalıdır.
Amma gəlin görək bizdə avtomobillərin hamısı saz haldadırmı? Təbii ki, bu suala birmənalı cavab vermək olmur. Ən azından ona görə ki, gündə nə qədər avtomobil xarab olub, yarıyoda qalır. Nasaz avtomobillər qəza şəraiti yaratmaqla yanaşı, həm də atmosferə normadan artıq zərərli qazlar atır.
Eyni zamanda hər hansı maşın texniki nasazlıqlar üzündən yolda qalırsa, tıxaclar yaranır, ta o vaxta qədər ki, həmin avtomobil yoldan götürülür. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, hər bir nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Bu həm mövcud təhlükəni aradan qaldırır, həm də atmosferə normadan artıq zərərli qazlar atilmır. Bakıda avtomobil yollarında da belə hadisələr baş verir. Bax bu zaman tıxac yaranır. Ona görə də , hər bir sürücü nəqliyyat vasitəsini saz saxlamalıdır ki, dediyimiz problemlər yaranmasın.Bir sözlə, saz avtomobillə hər hansı mənzil başına daha rahat və təhlükəsiz çatmaq olur!
Emil Faiqoğlu