AZ

Tozlu hava şəraiti davam edir: Hansı xəstələr üçün təhlükəlidir?

Bakıda və Abşeron yarımadasında, eləcə də  Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada tozun miqdarı hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - G.Abbasova qeyd edib.

O qeyd edib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur.

Maraqlıdır, tozlu hava hansı xəstələr üçün təhlükəlidir?

Məsələ ilə bağlı həkim-farmakoloq Aydın Əliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, tozlu havada ayrı-ayrı xəstəliklər yaranır:

"Belə havalarda ağciyər tutulur, təmiz hava olmur. Bununla da qanın tərkibi qatılaşır, maddələr mübadiləsi pozulur. Qan qatılaşdıqda da damarlarda qanın axını pozulur.

Belə havalar damarlarında patologiya olan xəstələrə ziyandır. Eyni zamanda ürək-damar, ağciyər xəstələrinə də belə havalar olduqca zərər verir.

Tozlu havalarda tibbi maskalardan istifadə etmək mütləqdir. Müvafiq xəstəlikləri olan şəxslər isə öz həkimlərinə müraciət etməlidirlər".

Seçilən
93
1
cebheinfo.az

2Mənbələr