AZ

Kreml MDB liderlərinin qeyri-rəsmi sammitinin keçiriləcəyi vaxtı açıqlayıb

İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək parad ərəfəsində MDB-nin qeyri-rəsmi sammiti planlaşdırılır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Qələbə Günü ərəfəsində Moskvada MDB-nin qeyri-rəsmi sammiti və bir çox digər ikitərəfli təmaslar planlaşdırılır”, – deyə Peskov qeyd edib.
Kremlin sözçüsü Qələbənin 80 illiyi şərəfinə keçiriləcək parada dost olmayan ölkələrin başçılarının Moskvaya dəvət olunmayacağını da söyləyib: “Biz qeyri-dost ölkələrin başçılarını dəvət etməyəcəyik. Dəvət olunanlar ilk növbədə MDB dövlətlərinin liderləri olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
apa.az

3Mənbələr