AZ

"Bu ölkələr Moskvaya dəvət olunmayacaq" - Kreml

Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək parada dost olmayan ölkələrin başçıları Moskvaya dəvət edilməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib. 

“Biz dost olmayan ölkələrin başçılarını dəvət etməyəcəyik, əks halda bu, çox, çox təsiredici siyahı olacaq. Amma ilk növbədə, təbii ki, bu, MDB olacaq”, - deyə o, Şərq İqtisadi Forumunun kuluarlarında bildirib.

Peskovun sözlərinə görə, parad mərasimindən əvvəl Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi sammiti olacaq.

Gülayə Mecid

Seçilən
60
50
unikal.az

10Mənbələr