Bakı. Trend:
Sentyabrın 14-də Almaniyanın Bonn şəhərində AzərbaycanlıHəkimlərin III Forumu keçiriləcək.
Trend xəbər verir ki, bu tədbir Almaniyada yaşayan azərbaycanlıhəkimlər və tibb tələbələri arasında peşəkar mübadilə və əlaqələrinqurulması üçün dəyərli imkan təqdim edir.
Forum tibb və səhiyyə sahəsində dialoq və əməkdaşlıq platformasırolunu oynayır və Azərbaycan ilə Almaniya arasındakı münasibətləringücləndirilməsinə töhfə verir.
Tədbirdə müxtəlif tibbi sahələrdə tanınmış 200-dən çoxmütəxəssis iştirak edəcək, tibbin aktual mövzuları müzakirəediləcək. Forum Almaniya və Azərbaycan səhiyyə sistemindəki ümumiproblemlərin müzakirəsi və təcrübə mübadiləsi üçün bir platformaolacaq.
Mütəxəssislərin bir çoxu, dəvət olunan həkimlər,rezident-həkimlər və tibb tələbələri kimi 15 il əvvəl Almaniyayagəliblər. Onlar təqdim olunan yüksək keyfiyyətli təhsil və peşəkarimkanlardan yararlanaraq, uğurlu karyera qura biliblər. Hazırdaonların bir çoxu öz sahələrində yüksək vəzifələrdə işləyir.
Forum keçən il Tibbi Elmlər Doktoru, GFO klinikasınınRadiologiya, Neyroradiologiya və Nüvə Tibb şöbəsinin baş həkimi vəAlmaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayevtərəfindən yaradılıb. Hazırda forumun idarə heyətinin sədri ElvinHüseynovdur. Tədbirdə, həmçinin, Azərbaycan hökumətininnümayəndələri, o cümlədən, Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov iştirak edəcək.
Hazırda Almaniyada 2 000-dən çox azərbaycanlı həkim fəaliyyətgöstərir. Hər il Azərbaycan Tibb Universitetinin məzunlarınıntəxminən 60 faizi alman dilini öyrəndikdən sonra Almaniyaya köçməyiplanlaşdırırlar.
Forumun məqsədi mövcud əlaqələri gücləndirmək və gələcəkəməkdaşlıq üçün yol açmaqdır. Bu, azərbaycanlı həkimlərin almansəhiyyəsinə qatqısını qeyd etmək və onların Almaniya səhiyyəsisteminə uğurlu inteqrasiyasını vurğulamaq üçün unikal bir fürsətolacaq.
Birinci forum Köln şəhərində, ikincisi Berlində keçirilib,üçüncü forum isə Bonn şəhərində olacaq.