AZ

Neft daha da ucuzlaşdı

Xam neft, Liviyada siyasi narahatlıqların azalması ilə neft hasilatının yenidən bərpasının mümkünlüyü, OPEC+-ın hasilatı artırmaq planına diqqət yetirməsi, qeyri-OPEC ölkələrində hasilatın artması və Çində təlabatın azalması ilə əlaqədar olaraq təxminən 5 faiz ucuzlaşdıqdan sonra da ucuzlaşmaqda davam edir. 

Marja.az xəbər verir ki, Brent markalı neftin barreli 72 dollara, ABŞ xam neftin barreli isə yanvarın əvvəlindən bəri ilk dəfə 70 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 12:14-də Brent nefti 1,5% ucuzlaşma ilə 72,68 dollardan, ABŞ xam nefti isə 1,6% ucuzlaşma ilə 69,21 dollardan ticarət olunub. 

Liviya mərkəzi bankının rəsmisi deyib ki, hökumətlər arasında mübahisənin həlli üçün yaxında razılaşma mümkündür və bu, ölkədə neft hasilatının bərpasına səbəb ola bilər.

Dünyanın ən böyük xam neft idxalçısı olan Çində iqtisadi perspektivlə bağlı narahatlıqlar və Neft İxrac Edən Ölkələr Təşkilatından kənardan kifayət qədər hasilat əlaqədar olaraq, bu il neftin qiymətində baş vermiş artım tamailə silinib. 

Həmçinin investorlar cümə günü açıqlanacaq ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatlarını izləyəcəklər ki, bu da Fed-in faiz dərəcələrinin azaldılması ilə bağlı gedəcəyi yol haqqında daha çox məlumat verə bilər.

Analitiklər qeyd edir ki, maliyyə bazarları FED-in kritik toplantısına iki həftə qalmış panik rejimindədir. Analitiklər bildirib ki, Liviyada neft hasilatının mümkün bərpası və OPEC+-dan planlaşdırılan hasilat artımı bazar üçün "əks küləkləri" yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
marja.az

2Mənbələr