AZ

“Sivasda alovlanan məşəl Türkiyənin yolunu həmişə işıqlandıracaq”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan 105 il əvvəl Sivasda müstəqillik və vətən eşqi ilə alovlanan məşəlin Türkiyənin çağdaş sivilizasiya yürüşündəki yolunu həmişə işıqlandıracağını söyləyib.

  Sivas Konqresinin 105-ci ildönümü ilə münasibətilə mesaj paylaşan R.T.Ərdoğan deyib: “Sivas Konqresində hər cür imkansızlığa rəğmən birliyini və həmrəyliyini qoruyan türk milləti Qurtuluş Savaşını qələbə ilə yekunlaşdırdı. Konqresdə alınan tarixi qərarlar gələcəyin mühüm başlanğıc nöqtələri oldu, Qurtuluş Savaşının yolunu açmaqla yanaşı, Cümhuriyyətin gələcəyini də formalaşdırdı.

  105 il əvvəl Sivasda istiqlal və vətən eşqi ilə alovlanan məşəl bu gün də çağdaş sivilizasiyaya doğru yürüşümüzdə yolumuzu işıqlandırır. Şanlı tariximizlə fəxr edən, qəhrəman əcdadlarımızla eyni ruh və şüura malik gənc nəsillər bu gün də ölkəmizi “Türkiyə əsri”nin hədəfinə çatdırır.

  Hər zaman Sivas Konqresində qəbul edilən qərarlara sadiqlik və Türkiyə Cümhuriyyətinin əsaslarını formalaşdırmaq şüuru ilə addımlarımızı atırıq.

  Sivas Konqresinin ildönümündə başda Qazi Mustafa Kamal olmaqla, bütün qəhrəmanlarımızı hörmət və minnətdarlıqla yad edir, sivaslıları və bu qurultaya ev sahibliyi edən bütün vətəndaşlarımızı ürəkdən salamlayıram”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
trt.net.tr

1Mənbələr