AZ

Monqolustan Putini niyə həbs etmədiyini belə açıqladı

Monqolustan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə həbsindən imtina edilməsinə münasibət bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat katibliyi bəyanat yayıb. 

Onlar bu addımı ölkənin enerji asılılığı və siyasi neytrallığı ilə izah ediblər: "Monqolustan neft məhsullarının 95 faizini və elektrik enerjisinin 20 faizindən çoxunu qonşu ölkələrdən idxal edir. Bu təchizatlar bizim yaşamaq və xalqımızın sağ qalması üçün çox vacibdir. Monqolustan bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib". 

İndi BCM-nin üzvü olmasına baxmayaraq, məhkəmənin qərarına əməl etməyən Monqolustan məsuliyyətə cəlb oluna bilər.

Putinin Ulan-Batora səfəri ərəfəsində Avropa İttifaqı, Ukrayna, eləcə də Amnesty İnternational və Human Rights Watch kimi beynəlxalq insan haqları təşkilatları Monqolustanı BCM üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb. 

Ağarza Elçinoğlu 

Seçilən
128
50
unikal.az

10Mənbələr