İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda avtomobillər özəlləşdirilib.
Azərbaycanda sığorta kommersiya şirkətinin avtomobilləri – HƏRRACDA SATILIR – MƏBLƏĞLƏR
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 3 sentybar tariixndə hərracda avtomobillər özəlləşdirilib və hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 600 – 4 275 manat aralığında dəyişən 5 avtomobil özəlləşdirilib. Avtomobillərin yekun satış qiyməti start qiyməti ilə eyni məbləğ aralığında olub.
Buraxılış ili 1982-ci il start qiyməti isə 1 250 manat olan avtokruz 5 ton 2 070 manata satılıb.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Bakı şəhəri üzrə 3 sentyabr 2024-cü il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı :
№ | Balanssaxlayıcı təşkilatın adı | Avtonəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
1 | Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Cihaz İstehsalat Birliyi" MMC | Avtokruz 5 ton | \ | 1982 | 1250 | 2070 | 26/24 09.07.2024 |
2 | Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti | VAZ-2121 minik | 62 AA 142 | 1985 | 1000 | 1010 | 26/24 09.07.2024 |
3 | Azərbaycan Respublikası Audivizual Şurası | 2 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi | Siyahı əlavə olunur | \ | 4275 | 4275 | 26/24 09.07.2024 |
4 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi | VAZ 2105 minik | 10 AO 216 | 1996 | 900 | 900 | 26/24 09.07.2024 |
5 | Azərbaycan Respublikası "TƏBİB" publik hüquqi şəxsinin tabeliyində "Respublika Neyrocərrahiyyə Xəstəxanası" publik hüquqi şəxsi | UAZ-3962 Xüsusi sanitar | 10 JC 489 | 1990 | 600 | 600 | 26/24 09.07.2024 |