AZ

Həbsxanadan qaçışa cəhd: 129 məhbus öldü

Mərkəzi Afrika ölkəsi olan Konqoda həbsxanadan qaçmağa cəhd zamanı 129 nəfər ölüb. 

"Cebheinfo.az" xəbər verir ki, Konqo daxili işlər naziri Jakmin Şabani yazılı açıqlamasında bir qrup məhbusun Kinşasadakı Makala həbsxanasından qaçmağa cəhd etdiyi barədə məlumat paylaşıb. Şabani qaçış cəhdində 129 nəfərin həyatını itirdiyini deyib. O bildirib ki, bu şəxslərdən 24-ü xəbərdarlıq atəşi nəticəsində, digərləri isə izdihamda həlak olub. 

Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, Konqonun 1500 tutumlu Makala həbsxanasında 12 mindən çox məhbus var və onların əksəriyyəti məhkəməni gözləyir. Xatırladaq ki, 2017-ci ildə dini təriqətin həbsxanaya hücumu nəticəsində bir çox məhbus qaçmışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
cebheinfo.az

1Mənbələr