AZ

Nyu York sakinləri artan cinayətləri qeyri-qanuni mühacir axını ilə əlaqələndirir

Nyu Yorkda miqrantlarla əlaqələndirilən cinayətlər bir çox sakini narahat edir. Bəziləri bunu son iki ildə şəhərə gələn qeyri-qanuni mühacir axını ilə əlaqələndirirlər. Amerikanın Səsinin müxbirləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının nümayəndələri, siyasətçilər, fəallar və miqrantlarla danışıb.

Nyu York şəhərinin sığınacaq statusu məsələsi yanvar ayında Tayms Meydanı yaxınlığında bir qrup miqrantın iki polis əməkdaşına hücum etdiyi iddiası ilə kəskinləşdi.

İş davam edir, lakin sual qalır: Nyu-York şəhərinin sığınacaq statusuna yenidən baxılmalıdırmı?

Hazırda yerli hüquq-mühafizə orqanlarının federal immiqrasiya orqanları ilə əməkdaşlığı məhdudlaşdırılıb. Miqrantlar cinayət törətdikdə və sərbəst buraxıldıqda belə çox zaman immiqrasiya orqanlarına məlumat verilmir və bununla mümkün deportasiyanın qarşısını alır. Nyu Yorkda ictimai rəylər bölünür. Nyu-York şəhərinin sakini Mari Şultz: "Düşünürəm ki, məhkəmələr [İmmiqrasiya və Gömrük Mühafizəsi] ilə əlaqə saxlamalı və cinayət törədən insanlardan qurtulmalıdır."

Nyu-York şəhərinin sakini Karl Kozel: “Otellərin çoxunda miqrantlar var, amma mənim onlarla heç vaxt problemim olmayıb. Demək istəyirəm ki, bizim burada Azadlıq heykəlimiz var - "Mənə bədbəxt, yoxsul, azad nəfəs almaq arzusunda olan məzlum kütlələrinizi verin" (Azadlıq heykəli üçün yazılan şerdən hissədir) - Demək istəyirəm ki, Nyu-York şəhəri budur."

Bu arada, miqrant fəallar məsələnin həddən artıq şişirdildiyini deyirlər. TLC NYC Qrupu-ndan İlze Tilman: "Mən düşünürəm ki, sığınacaq statusu qalmalıdır. Demək istədiyim odur ki, miqrantlar tərəfindən törədilən cinayətlərin ayrı-ayrı halların bu cür vurğulanması çox xarakterikdir. Hekayələri seçir, mənfi halları vurğulayır və müəyyən bir qrup insanı günahkar sayırsan."

Avqustun 27-də keçirilən mətbuat konfransında Amerikanın Səsinin məsələ ilə bağlı sualına cavab verən Nyu York şəhərinin meri Erik Adams şəhərin sığınacaq statusunun dəyişdirilməsi ilə bağlı fikirlərini bildirib. Nyu-York şəhərinin meri Erik Adams: "Nyu yorklulara və digər miqrantlara, sığınacaq alanlara və sənədsiz insanlara qarşı zorakılıq törədən insanlar cəzaları başa çatdıqdan sonra ölkəmizdə qalmamalıdırlar."

Federal hökumət də məsələni dəyərləndirir. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi idarəsindən Ken Genalo: "Biz sığınacaq siyasətini aradan qaldırmaq istəmirik. Biz sadəcə olaraq Nyu York Polis Departamenti ilə əməkdaşlıq etmək və həmin şəxsləri həbs edib, küçələrdən yığışdıra biləcəyimizq kiçik dəyişikliklər istəyirik."

Genalo deyir ki, hazırda Nyu Yorkda miqrant cinayətləri ilə bağlı obyektiv məlumat yoxdur. "Miqrant cinayətləri və ya vətəndaşlığı olmayanlar haqqında rəqəmləri və statistikaları əldə etməklə bağlı problem Nyu York şəhərinin sığınacaq şəhəri olmasıdır. Onların bizimlə hər hansı əməkdaşlığa mane olan siyasətləri var. Beləliklə, bir şəxs həbs olunarsa, Nyu York Polis Departamentinin onun hansı ölkənin vətəndaşı olduğunu soruşmasına icazə verilmir. Beləliklə, statistikaya gəldikdə, bu şəhərdə cinayətin az və ya çox olduğunu deyə bilməzsiniz."

Şəhər sakinləri üçün isə miqrant cinayəti təhlükəsinin şişirdilmiş və ya dəqiq olub-olmadığı məsələsi qeyri-müəyyən qalır.

Bir çox evsiz miqrant Randall Aylenddə çadır düşərgəsi salır. Bəziləri deyir ki, günəş batdıqdan sonra burada vəziyyət dəyişir. Sənədsiz miqrant Diallo: "Sən küçədə olanda adətən özünü təhlükəsiz hiss etmirsən, çünki çox insan var. Onların silahı var, bəzilərinin bıçağı var."

Sənədsiz Nyu-York miqrantı "Burada hər şey təhlükəlidir. İnsanlar dava edir və öldürür. Burada hər şey var" deyir.

Şəhərdə fikir ayrılıqları ilə Nyu Yorkun bütün sakinlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, onun sığınacaq şəhəri olmağa davam edə biləcəyi sual olaraq qalır. Cavab şəhərin gələcəyini və onun siyasətini formalaşdıra bilər.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
visiontv.az

1Mənbələr