Hindistanda mal əti yeyən mühacir camaat öldürülüb.
Medianews.az xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.
Məlumata görə, Hindistanın Haryana əyalətində mal əti yediyi iddia edilən 26 yaşlı mühacir Sabir Məlik bir qrup tərəfindən linç edilib. Sabir və daha bir miqrant mal əti yeməkdə günahlandırılıb.
Hadisə ilə bağlı videoda insanların odunlarla hücum etdiyi görülüb. Polis 7 nəfəri həbs edib.
Bu hadisə Hindistanda inək kəsimi və mal əti istehlakına qarşı həssaslığın ağır nəticələrini göstərir.
Nailə QASIMOVA