AZ

ABŞ-də Azərbaycan Amerika Gənclər Federasiyasının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ABŞ-yə səfərçərçivəsində Azərbaycan Amerika Gənclər Federasiyasının İdarəHeyətinin üzvləri ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Diasporla İş üzrə DövlətKomitəsinin sədr müavini Elşad Əliyev, Komitənin şöbə müdiri SəlhətAbbasova və əməkdaşı Zaur Salmanov, Azərbaycan Respublikasının BMTyanında daimi nümayəndəliyinin əməkdaşı Cavid İsmayılov, AzərbaycanAmerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova və İdarəHeyətinin üzvləri iştirak ediblər.

Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müaviniElşad Əliyev Azərbaycan dövlətinin diaspor siyasətindən, Komitəninfəaliyyətindən danışıb. O, xaricdəki soydaşlarımız arasında yüksəkintellektual səviyyəyə malik vətənpərvər gənclərimizinformalaşdığını və yaşadıqları cəmiyyətlərə asanlıqla inteqrasiyaolunduqlarını qeyd edib. Yeni nəsil diasporun ölkələr arasındamünasibətlərin inkişafında mühüm rol oynayacağına və Azərbaycanınmövqeyini, mənafeyini müdafiə edəcəklərinə əminliyini bildirib.

Azərbaycan Amerika Gənclər Federasiyasının rəhbəri LeylaAslanova təşkilatın gələcək planları və hədəfləri ilə bağlı məlumatverib. O, ilk dəfə keçirilən Azərbaycan Amerika GənclərininForumuna rəhbəri olduğu təşkilatın üzvlərinin dəvət almasını vətədbirin uğurla keçirilməsini vurğulayaraq göstərdiyi dəstəyə görəKomitəyə təşəkkür edib.

Görüşdə təşkilatın sıralarının genişləndirilməsi, üzvlərinfəallığının artırılması, müxtəlif layihələrin həyata keçirilməsiilə bağlı geniş fikir mübadiləsi aparılıb.

ABŞ-də
ABŞ-də
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
az.trend.az

2Mənbələr