Rusiyada ayı meşədə göbələk yığan 68 yaşlı qadını parçalayaraq öldürüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, onun cəsədi bir neçə gün sonra meşədə tapılıb.
Mərhumun bədənindəki yaralar ayının hücumundan xəbər verib. Təqaüdçünün ölümündən sonra bir neçə ovçu qrupu meşəyə göndərilib və heyvanı güllələyiblər.
Ayını öldürən ovçu heyvanın təxminən dörd yaşında olduğunu qeyd edib.
Medianews.az