AZ

Ölkərlərdə bir-birinin ardınca telefona QADAĞA

Niderlandda orta məktəb və liseylərdən sonra ibtidai məktəblərdə də smartfonlardan istifadə şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi üçün qadağan edilib. 

"Cebheinfo.az" xəbər verir ki, Təhsil, Mədəniyyət və Elm Nazirliyi həftənin əvvəlindən etibarən ibtidai siniflərdə dərs zamanı smartfonlardan istifadənin qadağan edilməsi barədə qərar qəbul edib. 

Qərardan sonra uşaqlara smartfonlardan yalnız müvafiq kurslarda tədris məqsədləri üçün və ya sağlamlıq və ya fiziki qüsurlar kimi müstəsna hallarda istifadə etməyə icazə veriləcək. 

Smartfonların şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi əsas gətirilərək verilən qərar artıq orta məktəblərdə və litseylərdə tətbiq edilidi. İbtidai məktəblərin də qadağaya daxil edilməsi ilə ölkədəki bütün məktəblərdə smartfonlardan istifadə qadağan edilib. Qeyd edək ki, Yunanıstan, İtaliya və Belçikanın fransız dilli bölgələrində tətbiq edilən qadağanın Almaniyada da gündəmdə olması gözlənilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
cebheinfo.az

1Mənbələr