AZ

İstirahətə gələn gəncin Bakıda düşdüyü yer kanalizasiya quyusu deyilmiş - RƏSMİ AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Masallı rayonundan Bakıya istirahətə gələn gəncin Azərbaycan prospekti 57A ünvanında kanalizasiya quyusuna düşərək xəsarət alması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.
Bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Azərbaycan prospekti 57A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon Sukanal İdarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, "kanalizasiya quyusu" kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sahəsinə aid deyil, hadisənin xidmətlə heç bir əlaqəsi yoxdur".
Sukanal idarəsinin çəkdiyi videonu təqdim edirik:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
oxu.az

1Mənbələr