Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,8% çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana 1,9 milyard dollarlıq mal ixrac olunub. Azərbaycan məhsullarının Çinə ixracı isə 11,6 milyon dollar təşkil edib.
Gözəl Həşimova