Braziliya millisinin sabiq futbolçusu Aleks Tellesin yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, "Əl-Nəsr"dən ayrılan 31 yaşlı müdafiəçi ölkəsində - "Botafoqo"da çıxış edəcək.
Bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, A.Telles "Yuventus", "Portu", "İnter", "Qalatasaray", "Sevilya" və "Mançester Yunayted"də oynayıb.