AZ

“Barselona”nın prezidenti Uilyamsla bağlı sualı cavabsız qoydu

“Barselona”nın prezidenti Xuan Laporta “Atletik”in vingeri Niko Uilyamsla bağlı sualı cavablandırmayıb.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti “Barselona”da oynamayan oyunçular haqda danışmaq istəmədiyini bildirib:“Mən “Barselona”da oynamayan oyunçuların adlarını demirəm”.“Barselona” daha əvvəl Uilyamsla maraqlanırdı. Kataloniyalılar ispaniyalı futbolçunu yay transfer pəncərəsində almaq istəsə də, klublar arasında yaranan fikir ayrılığı səbəbindən transfer baş tutmayıb.22 yaşlı vinger ötən mövsüm bütün yarışlarda 37 matçda iştirak edib, 8 qol vurub, 19 məhsuldar ötürmə verib. Onun “Atletik”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
komanda.az

1Mənbələr