“Zirə”nin yeni transferi Ayron Qomis oldu. Ötən mövsümü “Kasımpaşa” və mövsümün son 6 ayını icarə əsasında “Salernitana”da keçirmiş yarımmüdafiəçi Azərbaycan klubu ilə 2 illik müqaviləyə imza atıb.
Onun “Zirə”yə keçidində önəmli rolu oynayan isə Azərbaycan futboluna tanış simadır.
Apasport.az saytına verilən məlumata görə, Qomisin “Zirə”yə keçidində əsas rolu “Qarabağ”ın aparıcı üzvü Abdullah Zubirin qardaşı Tarek Zubir oynayıb. “Zirə” ilə danışıqları məhz Zubir aparıb və Qomisi Azərbaycan klubuna keçidə razı sala bilib.
Əlavə edək ki, Tarek həm də, Azərbaycanda “Zaqatala” klubunda oynayıb. Amma o, ötən mövsümün əvvəlində aktiv futbolçu karyerasını başa vurub.
"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır
“Qəbələ”nin yeni transferi: “İşimizə peşəkar və çox ciddi yanaşırıq”
Aleksey Kaşuk rəsmən "Qarabağ"da
"Şamaxı" ölkə çempionunun qolkiperini istəyir - Özəl
“Araz-Naxçıvan” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib