"Millimizə və yeni baş məşqçiyə uğurlar arzulayıram. Qrupumuz olduqca çətindir. Sabah favoritlərdən biri ilə qarşılaşacağıq. Qarşıya qoyulan məqsədə çatmaq üçün ilk oyundan çox şey aslıdır".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Arif Əsədov dedi. Mütəxəssis Millətlər Liqasında baş tutacaq Azərbaycan- İsveç oyunu haqqında danışdı.
Tanınmış məşqçi komandamızın qələbə qazana biləcəyini qeyd etdi:
"Sabah əldə ediləcək qalibiyyət komandaya böyük təkan verəcək. Rəqib güclüdür, amma millimizin İsveç üzərində qələbəsi var. Futbolçuların oyuna köklənməsi, məşqçilər korpusunun onlara necə motivasiya verməsi meydanda böyük rol oynayır. Onların ustalıq səviyyəsi çox yüksəkdir. Lakin, istək, əzmkarlıq komandamıza qələbə qazanmağa kömək edə bilər".
A. Əsədov qrupda ən iddialı komanda kimi Slovakiyanı görür:
"Slovakları lider olaraq görürəm. İkinci yer uğrunda hər üç komanda mübarizə apara bilər".
Ekspert sabah qazanılacaq bir xalı milli üçün uğurlu nəticə hesab edir:
"Oyunda mümkün hər üç ehtimal baş verə bilər. Öz meydanımızda sərfəli nəticə qazanmaq gözəl olardı. Sabah qazanılacaq qələbə və ya bir xal millimizin üçün uğurlu nəticədir".