AZ

Kreml bəyan etdi: MDB-nin liderləri toplaşır

Moskvada qələbənin 80 illiyi şərəfinə parad ərəfəsində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılır. 

“Cebheinfo.az” “Gazeta.ru”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, sammitdən əlavə bir çox digər ikitərəfli təmaslar da nəzərdə tutulub.

Sentyabrın 3-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux rusiyalı həmkarı Vladimir Putinin bu ilin oktyabrında Kazanda keçiriləcək “BRICS plus autreach” formatında görüşdə iştirak etmək dəvətini qəbul edib.

Həmçinin sentyabrın 4-də Daşkənddə öz işinə başlayacaq MDB-nin terrorizmə qarşı mübarizə konfransı və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin antiterror strukturunun beynəlxalq elmi-praktik konfransının birgə işinin elanı da olub. İştirakçılar terrorizmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələlərini və antiterror fəaliyyətinin elmi və tədris bazasının təkmilləşdirilməsi tədbirlərini müzakirə edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
cebheinfo.az

1Mənbələr