“Azərbaycana Zəngəzurdan yolun verilməsi haqqında iyunun 2-də protokol imzalandığını bilirdinizmi?”
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan jurnalistlərə belə deyib. “Xoşbəxtlikdən dəhliz yox, yol. Siz bilmirdiniz.
Zaxarovadan öyrəndik. 11 yanvar 2021-ci il tarixli protokolları oxumusunuz? 19 dekabr 2020-ci il protokolundan xəbəriniz varmı? Onu təsadüfən bir rus zabitinin əlindən qoparıb çap edblər.
Deyirlər ki, 7 belə kağız imzalanıb. Ona (Paşinyana-red.) nə versələr, dəli kimi gedib imza atır”,-deyə Baqratyan bildirib.