AZ

ABŞ HƏMAS liderini ittiham edir

ABŞ Ədliyyə Nazirliyi Fələstinin radikal Həmas qruplaşmasının lideri Yəhya Sinvar və digər yaraqlıları oktyabrın 7-də İsrailə hücumla bağlı ittiham edib.

"Yeni Azərbaycan" “The Hill”ə istinadən  xəbər verir ki, bu barədə baş prokuror Merrik Qarland bildirib.

İttihama görə, Sinvar və digər yüksək vəzifəli Həmas üzvləri ABŞ-ın təhlükəsizliyini təhlükə altına almaq üçün çoxillik kampaniyanı  maliyyələşdirməkdə və idarə etməkdə ittiham olunurlar.

Nyu-York federal məhkəməsinə qaldırılan cinayət işi yeddi maddədən, o cümlədən xarici terror təşkilatına maddi dəstək vermək üçün sui-qəsd, ABŞ vətəndaşlarına hücum və kütləvi qırğın silahlarından istifadə ittihamlarından ibarətdir.

Keçən il oktyabrın 7-nin səhər saatlarında bu müttəhimlərin rəhbərlik etdiyi Həmas bu günə qədərki ən qəddar və geniş terror hücumunu həyata keçirdiyini bildirən  Garland, Ədliyyə Departamentinin indiyədək ona qarşı irəli sürülən ittihamların yalnız bir hissəsini sərbəst buraxdığını bildirib.

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
41
yeniazerbaycan.com

10Mənbələr