Bakı. Trend:
Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindənoğurluq olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindənməlumat verilib.
Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul vəsənədi olan çantasının oğurlandığını bildirib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsiəməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəlibilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraqsaxlanılıb.
Faktla bağlı araşdırma aparılır.