AZ

Voskanyanın "tüstüsü"nü  təpəsindən çıxaran  FOTO  və PAYLAŞIM

İranşünas alim, professor Vardan Voskanyan mediaya verdiyi açıqlamada "tüstüsü"nün göyə qalxdığını gizlədə bilməyib.
Beləki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev və xanımının erməni işğalından azad olunmuş Kəlbəcərdə səfərdə olması və Xudavəng monastrın ziyarət etməsi onu bağrını “çartladıb”.

Çartladıb ki, o bu fotonu paylaşaraq bu sözləri yazıb: “Azərbaycan rəhbərliyi əcdadlarımızın zəhmətinin nəticəsi olan müqəddəs yadigarları Dadivankda olub

Türkiyə müharibəsində həlak olmuş şahzadənin xatirəsinə tikilmiş məbədimizi, Karvaçarı azad edən qəhrəmanlarımızın xatirəsi, şərəf və ləyaqətimiz olan abidələrimizi öz doğma yurdu kimi gəzib.
Mən heç vaxt bunun şəklini yerləşdirməzdim, amma ola bilsin ki, müxtəlif “festivallar” və digər “karnavallar” burada baş tutacaq".

Qeyd edək ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Xudavəng monastırı Voskanyanın dediyi kimi, Türkiyə müharibəsində həlak olmuş erməni şahzadənin xatirəsinə tikilməyib.
Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir.
Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisində  ən böyük monastır kompleksi olduğunu qeyd edir.

 .

 Ermənilərin  həyasızlığının həddi olmadığı üçün  2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib.

Daha sonra qanunsuz olaraq “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib.

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
adalet.az

1Mənbələr