AZ

Mesut Özil futbol məktəbi açır

Türkiyə əsilli almaq futbolçu Məsut Özil yeni futbolçular yetişdirmək üçün təlim mərkəzi açacaq.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, istedadlı gəncləri yetişdirərək peşəkar futbol dünyasına təqdim edəcək.
 
Yeni məktəbin hazırlıqlarına başlayan Özil, iki il əvvəl İngiltərədə yaşayan Cənubi Asiya əsilli uşaqları futbola qazandırmaq üçün Bredford şəhərində futbol təlim mərkəzi yaratmışdı.
 
Karyerasında 645 matça çıxan Məsut Özil 114 qol və 222 məhsuldar ötürmə ilə çıxış edib və 2014-cü ildə \"Real Madrid\" və \"Fənərbaxça\" oyunundan sonra futbolçu karyerasını Başakşehirdə başa vurub.
 
Aysel
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
azxeber.com

1Mənbələr