AZ

Polad Bülbüloğlu Zatulinin təxribat xarakterli bəyanatları ilə bağlı Dövlət Dumasına məktub göndərib

Bakı. Trend:

Azərbaycanın Rusiyadakı səlahiyyətli səfiri Polad BülbüloğluRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə Rusiya DövlətDumasının MDB işləri üzrə komitəsinin sədr müavini KonstantinZatulin tərəfindən "Telegram" kanalında hazırda mövcud olmayanqondarma "DQR”-nın “müstəqillik günü" münasibətilə təbrik edənvideomüraciətin yayımlanması ilə bağlı məktub göndərib.

Trend bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinə istinadənxəbər verir.

"Moskva şəhərindəki diplomatik missiyamı başa çatdırarkən, Sizəhəm səfir, həm də Azərbaycanın Qarabağ bölgəsinin Şuşa, Ağdam vəXocavənd şəhərləri üzrə Milli Məclisə seçilmiş deputat olaraqmüraciət edirəm.

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müaviniKonstantin Zatulin tərəfindən sentyabrın 2-də “Сияющая звезда”"Telegram" kanalında hazırda mövcud olmayan qondarma "DQR”-nın“müstəqillik günü" münasibətilə təbrik edən videomüraciətədiqqətinizi çəkmək istəyirəm", - məktubda qeyd edilir.

Bülbüloğlu vurğulayıb ki, təxribatçı müraciətində K.Zatulin guya"Rusiyada biganə qalmayan insanların" adından çıxış edərək, ermənicəmiyyətində revanşist qüvvələrə, separatçılara dəstək verərək,artıq başa çatmış münaqişəni canlandırmağa təhrik edir.

“Daha da ağırlaşdıran fakt odur ki o, müraciətində separatçırejimin keçmiş rəhbərləri və digər terrorçulara istinad edir,onların əllərinin günahsız azərbaycanlıların qanına bulaşdığınıunutmaq olmaz. Açıq şəkildə, Zatulin Ermənistan tərəfindən "personanon grata" elan edilmiş bir şəxs kimi, Rusiyada geniş yayılmışekspansionist baxışları və narrativləri təbliğ edir, ermənimilliyyətli himayədarlarının siyasi sifarişlərini yerinə yetirir vəAzərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təxribatçıfəaliyyət göstərir. Bu kimi davranışların əvvəllərdə də dəfələrləhəyata keçirildiyini vurğulamaq lazımdır", - məktubdabildirilir.

Səfir bildirib ki, Azərbaycanın və Rusiyanın arasındamöhkəmlənən müttəfiqlik münasibətləri fonunda, xüsusilə PrezidentVladimir Putinin keçən ay Azərbaycana dövlət səfəri zamanı tərəfləryüksək əməkdaşlıq səviyyəsini təsdiqləyiblər, həmçinin, Rusiyadövlət başçısı Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh,təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə vermək istəyiniifadə edib.

“Bu müsbət fon üzərində ‘Yedinaya Rossiya’ partiyasının üzvüolan bir şəxsin ölkəsinin rəsmi mövqeyinə qarşı çıxması, onun təkcədövlət başçısının fikrini qəbul etmədiyini deyil, həm də hörmətetmədiyini göstərir. Bu, heç də təəccüblü deyil, çünki həmin şəxs2023-cü ilin iyununda verdiyi müsahibədə “Rusiya öz məqsədlərinənail ola bilməyib” demişdi. Təəssüf ki, Azərbaycan tərəfinindəfələrlə Rusiya Federasiyasının rəsmi orqanlarına müraciətinəbaxmayaraq, Zatulinin müttəfiqlik münasibətlərini pozan vətəxribatçı fəaliyyət göstərən hərəkətlərinə qarşı heç bir təsirlitədbir görülməyib. Bu, Milli Məclisin deputatları və Azərbaycancəmiyyətində ciddi narahatlıq yaradır, Azərbaycanın Rusiyadakıdiaspor təşkilatlarını narahat edir və iki ölkə arasındaparlamentlərarası əməkdaşlığa mənfi təsir göstərir.

Bu səbəbdən, hörmətli Vyaçeslav Viktoroviç, sizdən rəsmi mövqeyəuyğun olaraq prinsipial yanaşma göstərməyinizi və KonstantinZatulin tərəfindən gələcəkdə bu cür təxribatçı fəaliyyətlərinqarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm",- məktubda qeyd edilir.

Seçilən
102
12
az.trend.az

10Mənbələr