Bakı. Trend:
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünyaçempionatının 3-cü günündə yunan-Roma güləşi üzrə mübarizəyekunlaşacaq.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bu növdə millimizin 2 bürünc medalqazanmaq şansı qalıb.
Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev (72 kq) millimizənövbəti medalları qazandırmağa çalışacaq.
U-20 dünya çempionatı
Yunan-Roma güləş
60 kq
Bürünc medal
Bu gün qatıldığı təsəlliverici görüşdə polşalı Dominik Partikayaqalib gələn Tural Əhmədov bürünc medal uğrunda güləşəcək. Onunrəqibi Neytral Bayraq altında çıxış edən rusiyalı Papik Dzavadiyanolacaq.
72 kq
Bürünc medal
Ruslan Nurullayevin rəqibi isə Qunhe Lee (Cənubi Koreya) – VenhaoHu (Çin) cütünün qalibi olacaq.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsilolunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.