Rusiyanın Soçi şəhərində uşağın batareya udması ölümlə nəticələnib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, uşaq və ailəsi Yakutiyadan Soçi şəhərinə tətil üçün gəlmişdir.
Müəyyən vaxt keçdikdən sonra uşağın hərarəti kəskin yüksəlib. Xəstəxanada infeksiya diaqnozu qoyulsa da, uşağın anasının təcili müraciətlərindən sonra rentgen müayinəsi aparılıb. Mədədə batareya aşkar edilib və uşaq əməliyyat olunub.
Əvvəlcə körpənin vəziyyəti yaxşılaşıb, lakin endoskopiyadan sonra daxili qanaxma inkişaf edib. Xəstə reanimasiyaya yerləşdirilib və ona çoxlu qan köçürülüb. Üç həftə sonra uşaq öldü.
Tibbi rəydə ölümün əsas səbəbinin batareyanın bədənə daxil olmasının nəticələri olduğu müəyyən edilib. Bununla belə, valideynlər endoskopiya zamanı səhvin ölümcül rol oynadığından şübhələnirlər.
İstintaq orqanları halları aydınlaşdırmağa başlayıb.
Medianews.az