AZ

Xaçmaz İcra Hakimiyyətindən iki qəribə tender

Xaçmaz rayon İcra Hakimiyyəti yaxın günlərdə iki tenderinin nəticələrini açıqlayacaq. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkilini əhatə edəcək.
Qeyd edək ki, dəyəri 201.374,00 manat olan satınalma üzrə keçiriləcək tədbirlərin bir çoxunun İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. Belə ki, Xaçmaz İcra Hakimiyyəti bu pulla keçirəcəyi tədbilərin əksəriyyəti ayrı-ayrı dövlət qurumlarının bayramlarını qeyd etməyi planlaşdırır. Məsələn, kənd təsərrüfatı, prokurorluq, müəllimlərin peşə bayramları bura daxildir. Və qəribəsi odur ki, həmin tədbirlərdə stendlərin qurulması və 100 ədəd qızıl gülün alınması nəzərədə tutulub.
Xaşmaz rayon İcra Hakimiyyətinin komptensiyasına daxil olan tədbirlərdən yalnız ikisi uyğundur ki, onlardan biri “27 Sentyabr Anım Günü”, digəri isə 12 dekabr Ümummilli Lider heydər Əliyevin anım günləridir.
Maraqlıdır ki, energetiklər, FHN işçiləri və ya müdafiə sənayesi işçilərinin peşə bayramlarını İcra Hakimiyyəti keçirməlidir? Bu qurumların öz rəhbərləri var və belə tədbirləri elə onların özləri keçirməlidir. Yəni İcra Hakimiyyətinin bu qədər dövlət vəsaitini öz səlahiyyətlərinə aid olmayan işlərə xərcləməsi qəti başa düşülən deyil.
Tribunainfo.az xəbər verir ki, bu günlərdə Xaçmaz İcra Hakimiyyəti daha bir tenderinin də nəticəsini açıqlamağa hazırlaşır. Bu dəfə dövlət qurumu yaşıllıqların salınması işlərinin satınalınması prosesini həyata keçirəcək. Bunun üçün isə 273.489,64 manat dövlət vəsaitindən istifadə etməyi planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
tribunainfo.az

1Mənbələr