AZ

Xaricdə təhsil, iş adı altında insanlar aldadılır – AÇIQLAMA

“Son dövrlərdə xaricdə təhsil, iş adı altında bəzi vətəndaşlar aldadılır. Vətəndaşları bu mövzularda ayıq-sayıq olmağa çağırıram”.

KONKRET.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib:

“Son dövrlər xaricdə təhsil, iş adı altında bəzi vətəndaşlarımız aldadılır. Nəticədə isə bir müddət sonra onlardan bəziləri ya insan alverinin qurbanı olur, ya ixtisara düşür, ya da təhsil alıb gəlsə də, diplomu tanınmır. Ona görə də diqqətli olmaq tövsiyə olunur. Belə halla rastlaşmamaq üçün geniş araşdırma aparmaq vacibdir”.

Aygün Mirakif,

KONKRET.az

 

Seçilən
116
konkret.az

1Mənbələr