AZ

ABŞ HƏMAS liderlərinə qarşı cinayət işi açıb

ABŞ Ədliyyə Nazirliyi oktyabrın 7-də İsraildə törədilən hücumlarla bağlı Yəhya Sinvar və digər Həmas liderlərinə qarşı iddia qaldırıldığını açıqlayıb.

ABŞ-ın baş prokuroru Merrik Qarland bəyan edib ki, altı Həmas üzvü “ABŞ vətəndaşlarının öldürülməsi, terrorizmi maliyyələşdirmək üçün sui-qəsd təşkil etmək və kütləvi qırğın silahlarından istifadə etməkdə” ittiham olunur.

7 maddədən ibarət cinayət şikayətində İran və Livan Hizbullahının Həmas üzvlərinə maliyyə dəstəyi və silah, o cümlədən hərbi materiallar verməsi iddiaları da yer alıb.

"Şikayətimizdə qeyd edildiyi kimi, silah, siyasi dəstək, İran hökumətindən maliyyə və Hizbullahın dəstəyi ilə silahlanmış bu müttəhimlər HƏMAS-ın İsrail dövlətini məhv etmək və bu məqsədə xidmət edən mülki insanları öldürmək səylərinə rəhbərlik ediblər", - Qarland bildirib.

Qeyd edək ki, Cinayət şikayətində İranda sui-qəsd nəticəsində öldürülən İsmayıl Haniyə də daxil olmaqla, üçü ölü olmaqla ümumilikdə altı müttəhimin adı var.

Mövsüm

Seçilən
25
41
aznews.az

10Mənbələr