AZ

Lukaşenko onlarla məhkumu əfv etdi

Lukaşenko etiraz aksiyaları ilə bağlı cinayətlərdə təqsirli bilinən 30 nəfəri əfv edib

Belarus prezidenti Aleksandr Lukaşenko etiraz xarakterli cinayətlərə görə məhkum olunmuş 30 nəfəri əfv edib.

Qaziler.az bildirir ki, bu barədə BelTA ölkə liderinin mətbuat xidmətinə istinadən xəbər verir. Agentliyin fikrincə, bu qərar onların normal həyata qayıtmaq şansı olan bu insanlara qarşı humanist jestdir;

"Qərar bu insanlara qarşı humanist bir jestdir. Onlar normal həyata, ailələrinə və işlərinə qayıtmaq şansı qazanıblar”, - Lukaşenkonun mətbuat xidməti bildirib.

Respublika Prezidenti yeddi qadını və 23 kişini əfv edib. Məhkum olunanların əksəriyyəti yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları olan valideynlərdir.

Bununla bağlı Lukaşenko müvafiq fərman imzalayıb.

QAZİLER.AZ

Seçilən
20
qaziler.az

1Mənbələr