AZ

İkiqat dünya çempionunun olimpiya medalı ləğv edildi

İdman Arbitraj Məhkəməsi (CAS) məşhur rusiyalı atlet Tatyana Tomaşovanın 2012-ci ilin iyunundan 2015-ci ilin yanvarına qədər olan nəticələrini antidopinq qaydalarını pozduğuna görə ləğv etdiyini bildirib. Sport24.az xəbər verir ki, CAS sentyabrın 3-dən etibarən Tomaşovanı diskvalifikasiya edib. Bundan əlavə, rusiyalı idmançının 21 iyun 2012-ci ildən 2015-ci il yanvarın 3-dək olan yarışlarda göstərdiyi bütün nəticələr ləğv edilib.
 
Həmin müddətdə Tomaşovanın 2012-ci il London Olimpiadasında 500 m məsafəyə qaçışda əldə etdiyi gümüş medal alınıb. Tomaşovanın ilk diskvalifikasiyası deyil. 2008-ci ildə o, dopinq nümunələrini pozmaqda şübhəli bilindiyi üçün cəzalandırılıb.
 
Tomaşova 1500 m məsafəyə qaçışda 2004-cü il Olimpiadasının gümüş medalına malikdir. Bundan əlavə, o, bu növdə 2003 və 2005-ci illərin dünya çempionudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
sport24.az

1Mənbələr